Bakıda yerləşən Muzey Mərkəzində 11 noyabr tarixində “Digitalart-lab” adlı rəsm sərgisi keçiriləcək. Bu haqda Tədbir Azərbaycan Dövlət Rəsm Qalereyasının mətbuat xidməti məlumat yayıb.
Tədbir saat 14:30-da başlayacaq. Sərgi karantin qaydalarına uyğun təşkil olunacaq.
Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2020-ci ilin sentyabrında start verilən layihə rəqəmsal incəsənətin formalaşması və yeni texnologiyaların müxtəlif sahələrdə tətbiqi üçün nəzərdə tutulmuşdur.