Bakıda Nəbatat Bağının ərazisində Qarabağın bitki müxtəlifliyini özündə əks etdirəcək guşələrin yaradılması planlaşdırılır. Tədbir AMEA Mərkəzi tərəfindən təşkil olunacaq. BU haqda 3 noyabr tarixində Azərtac 3 noyabr tarixində xəbər verib.
Mərkəzi Nəbatat Bağının baş direktoru vəzifəsini icra edən Natiq Allahverdiyev düşmən tapdağından yenicə azad olunmuş bölgələrimizin adını daşıyacaq bu guşələrdə əkiləcək ağac növlərinin bağı ziyarətə gələnlərə doğma diyarımızın zəngin florasını əks etdirəcəyini bildirib.
Yenidənqurma işləri çərçivəsində Nəbatat Bağının 1-ci sahəsinin fitodizayn cəhətdən zənginləşdirilməsi məqsədilə həmin ərazi üçün uyğun əkin materiallarının növlərinin seçimi və miqdarının müəyyənləşdirilməsi aparılıb.
Mərhələli şəkildə həyata keçiriləcək yenidənqurma işləri çərçivəsində Nəbatat Bağında çay kolleksiyasının yaradılması da nəzərdə tutulur.