Paytaxtın Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yenidənqurma işləri tamamlanıb. Bu haqda bu gün, 17 fevral tarixində Bakuplus.az Azəravtoyola istinadən xəbər verir.
Əsaslı təmir küçənin Ziya Bünyadov prospekti və Məmməd Araz küçələri arasında yerləşən, uzunluğu 650 metr sahəsi isə 1000 kv.m olan hissəsində aparılıb. Yeni səki daşları düzülüb, su xətləri yenilənib, yol nişanları quraşdırılıb və parkinq yerləri yaradılıb.
Qurumun verdiyi məlumata əsasən 2019-2021-ci illər ərzində Nərimanov rayonu ərazisində 35 km-dən çox uzunluğa malik küçə və yollar təmir edilib.
[URIS id=33918]