Paytaxtın Nərimanov rayonunda küçələrdən biri təmir olunur. Bu haqda bu gün, 30 dekabr tarixində Bakuplus.az-a məlumat daxil olub.
Əlicabbar Orucəliyev və Mirzəbala Əhmədzadə küçələrinin bir hissəsində avtomobil yolunda yenidənqurma işləri təşkil olunur. Ərazidə yararsız asfalt qaşınır, onun yerinə asfalt-beton örtüyü salınır. Bundan başqa, piyada səkiləri bərpa olunur, səki daşları düzülür.
Qeyd edək ki, Əlicabbar Orucəliyev 11A (AY estetik mərkəzi) ünvanından Mirzəbala Əhmədzadə 13 (Nur təndir) ünvanına kimi, təmir işləri ilə əlaqədar avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
[URIS id=22569]