Bakının Nərimanov rayonunda Azərsu ASC tərəfindən içməli su və kanalizasiya boruları yenilənib. Bu haqda bu gün, 4 fevral tarixində qurumun mətbuat xidməti məlumat verib.
Verilən məlumata görə, bu işlər ərazidə yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində həyata keçirilib.
Əvvəlki xətlər uzun illər istismar olunduğundan içməli suyun təchizatında fasilələr yaradıb, asfalt örtüyünün zədələnməsinə səbəb olub. Yol infrastrukturunun yenilənməsi zamanı kommunal xətlər də dəyişdirilib.
Qeyd olunan yeni su xətlərindən ətraf küçələrə və fərdi yaşayış evlərinə çıxışlar verilib. Tikinti yerində doldurma və kipləşdirmə işləri aparılır. Yol infrastrukturunun yenidən qurulması sahəsində istismar müddəti başa çatmış içməli və kanalizasiya su kəmərlərinin təmiri gələcəkdə xətlərdə baş verə biləcək qəzaların qarşısını almağa kömək edəcək.