Bakı şəhəri, Nərimanov rayonunda Xətali Xan Xoyski və Ağa Neymətulla küçələrində yolların təmiri davam etdirilir.
Həmin ərazidə asfalt örtüyü dəyişilir, zolaq ayırıcı bordürlər quraşdırılır. Hazırda köhnə örtük çıxarılıb, həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti davam etdirilir.
Yaxın günlərdə yeni asfalt örtüyünün salınması və nişanlanma işləri ilə əlaqədar yolların hissə-hissə bağlanacağı gözlənilir. Buna görə sürücülərdən alternativ yollarından istifadə etmələri tövsiyyə olunur. Artıq bu günlər pik saatlarda qeyd olunan küçələrdə sıxlıq müşahidə olunur.
Təmir işləri ilə əlaqədar 30 noyabrdan Nərimanov rayonu, Ağa Nemətulla küçəsində aparılan təmir işləri ilə əlaqədar 2, 4, 5, 17, 24, 26, 38, 67, 202 və M8 nömrəli marşrutların hərəkət sxemlərində müvəqqəti dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən, avtobuslar müvəqqəti olaraq Faiq Yusifov, Əliyar Əliyev, Əhməd Rəcəbli, Gülarə Qədirbəyova küçələri ilə hərəkət edəcəklər.
[URIS id=17292]