Paytaxtın Nərimanov rayonunda yerləşən 36 nömrəli tam orta məktəb distant təhsilə keçir. Bu haqda bu gün, 15 dekabr tarixində APA Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən məlumat yayıb.
Təhsil müəssisəsində koronavirusa yoluxma sayının artması səbəbindən ənənəvi tədris 14 günlük dayandırılıb.
Daha öncə bu gün, 15 dekabr tarixində həmin rayonda yerləşən 45 və 178 nömrəli məktəblərin əyani təhsilə qayıtdıqları barədə məlumat yayılmışdır.