15-27 mart tarixlərində Novruz Bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejimində işləyəcək. Bu haqda bu gün, 13 mart tarixində Bakuplus.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən məlumat verir.
Sərnişin sayı çoxalması nəzərə alınaraq sıxlığının qarşısını almaq üçün xətlərə əlavə avtobuslar buraxılacaq.
Həmçinin, koronavirus pandemiyasına qarşı müvafiq tədbirlər görüləcək. Avtostansiyalarda avtobusların, eləcə də gözləmə zallarının, xidməti otaqların, mədəni-məişət və sanitar-gigiyenik təyinatlı sahələrinin gündəlik dezinfeksiya tədbirlərinin davamlı olaraq aparılmasına nəzarət gücləndirlib.
Analoji tədbirlər ölkə ərazisində 56 avtovağzal və avtostansiyalarda da həyata keçiriləcək.