M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evi xeyriyyə tədbiri keçirib. Bu haqda 14 mart tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi məlumat verib.
M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evi Novruz bayramı ilə əlaqədar Uşaq və Qadın sığınacağında xeyriyyə tədbiri təşkil edib.
Tədbir zamanı uşaqlara bayram sovqatı paylanılıb. Tədbirdə Mədəniyyət evinin Kukla və Xalq teatrının birgə ərsəyə gətirdiyi “Cırtdanın Novruzu” adlı tamaşası göstərilib.
[caption id="attachment_36896" align="alignnone" width="1920"]
Foto Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəsmi saytı[/caption]