Novruz bayramı ərəfəsində paytaxtda genişmiqyaslı təmizlik və abadlıq işləri aparılır. Bu barədə Report Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinə istinadən məlumat verib.
Bu gün Rayon İcra Hakimiyyətinin Aparatının Ticarət və Xidmət Departamenti, Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Yaşıllaşdırma Təsərrüfatları Assosiasiyası, Bakı Elektrik Şəbəkələri Müəssisəsi və digər təşkilatların iştirakı ilə genişmiqyaslı təmizlik işləri keçirilib.
Novruz bayramı ilə əlaqədar vətəndaşlarda bayram ab-havasının yaradılması üçün şəhərdə bütün vitrinlərin və obyektlərin fasadlarının bayram atributları ilə bəzədilməsi işlərinə başlanılıb. İşə özəl sektorun nümayəndələri də qoşulub.