Nur Çörək Zavodu və Bakı Qida Sənayesi Kolleci əməkdaşlıq edəcəklər. Bu haqda Oxu.az xəbər verib.
Təhsil ocağı ilə bağlanan müqaviləyə əsasən, kollecin tələbələri öz nəzəri biliklərini 14 ildir fəaliyyət göstərən Nur Çörək Zavodunda praktiki tətbiq edə biləcəklər.
Görüşdə tələbələr əsas xammal olan unun çeşidlənməsi və laboratoriya analizinin necə aparılması, çörəyin hazırlanmasında istifadə olunan inqrediyentlərin keyfiyyəti ilə tanış olublar, çörəyin hazırlanması və daşınması prosesini izləyiblər.