“Park Bulvar”da kiçik sahibkar qadınlara dəstək məqsədilə sərgi təşkil olunur. Bu haqda bu gün, 13 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
“Əl əməyi göz nuru” adlı sərgidə 100-dən çox qadın dülgərlik inciləri və rəsm əsərləri, kəlağayılar, orijinal bijuteriya məhsulları, şamdan və sabundan suvenirlər, orqanik qida məhsulları, təkəlduz məhsulları, milli ornamentli xalçalar və toxuma məhsulları təqdim edirlər.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə ərsəyə gələn tədbir 13, 14, 15 may tarixlərində “Park Bulvar” Ticarət Mərkəzində saat 10:00-dan 20:00-a qədər keçiriləcək.