“Park Bulvar”da kiçik sahibkar qadınlara dəstək məqsədilə sərgi təşkil olunur. Bu haqda bu gün, 8 mart tarixində Bakuplus.az Real TV-yə istinadən xəbər verir.
“Əl əməyi göz nuru” adlı sərgidə 120-yə yaxın qadın dülgərlik inciləri və rəsm əsərləri, kəlağayılar, orijinal bijuteriya məhsulları, şamdan və sabundan suvenirlər, orqanik qida məhsulları, təkəlduz məhsulları, milli ornamentli xalçalar və toxuma məhsulları təqdim edirlər.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə ərsəyə gələn tədbir 8 və 9 mart tarixlərində Park Bulvar Ticarət Mərkəzində saat 10:00-dan 22:00-a qədər keçiriləcək.
[caption id="attachment_36022" align="alignnone" width="1920"]
Foto Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının rəsmi Facebook səhifəsi[/caption]