Bakıda “BİZİMKİLƏR” festivalı çərçivəsində yarmarka keçiriləcək. Bu haqda 21 fevral tarixində Bakuplus.az handicraft_baku İnstagram səhifəsinə istinadən məlumat verir.
Passage 1901 restoranında martın 6-da “BİZİM OLSUN” yarmarkası təşkil olunacaq. Həmin gün geyim, aksesuar və “beauty” mağaza sahibləri yerli məhsullarını nümayiş edəcəklər. Festivalda gözəllik məhsulları, geyim və aksesuarlar, dizaynerlərin əl işlərinin satışı olacaq.
Yarmarka saat 11:00-da başlayacaq və 20:00-a qədər davam edəcək.