Bakıda “BİZİMKİLƏR” festivalı çərçivəsində yarmarka keçiriləcək. Bu haqda 18 fevral tarixində Bakuplus.az handicraft_baku İnstagram səhifəsinə istinadən məlumat verir.
Passage 1901 restoranında martın 5-də “SƏNİN OLSUN” yarmarkası təşkil olunacaq. Həmin gün tanınmış və sevimli geyim, aksesuar və “beauty” mağaza sahibləri ilə görüş keçiriləcək. Festivalda yerli brendlərin yaratdığı gözəllik məhsulları, geyim və aksesuarlar, dizaynerlərin əl işlərinin satışı olacaq.
Yarmarka saat 11:00-da başlayacaq və 20:00-a qədər davam edəcək.