Paytaxtda 300 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə "Atalar və məktəb birliyi" yaradılıb. Bu haqda Bakuplus.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən 7 fevral tarixində xəbər verir.
Birliyin yaradılmasında əsas məqsəd ataları övladlarının təhsil aldıqları tədris ocaqları ilə yaxından tanış etmək, tədris prosesinin təşkili istiqamətində onları məlumatlandırmaq, atalarla məktəb arasında ünsiyyət platformasını daha da genişləndirmək və övladlarının təhsilinə nəzarət işində onların rolunu artırmaqdır.
Layihə çərçivəsində IX-XI sinif şagirdlərinin ataları ilə görüş keçirilib.
Görüş zamanı atalara təşəbbüskar və daha fəal olmaq barədə tövsiyələr verilib.
Sonda atalar məktəblə, görülən işlərlə, tənəffüslərdə övladlarının davranışları ilə yaxından tanış olmaq imkanı qazanıblar.
[caption id="attachment_32454" align="alignnone" width="800"]
Foto baku.edu.gov.az saytından[/caption]