Paytaxt məktəbində şəhid övladlarının iştirakı ilə “Qələbə ətirli Novruz” adlı bayram tədbiri keçirilib. Bu haqda BakuPlus.az bu gün, 17 mart tarixində xəbər verib.
Tədbirdə Məktəb-Lisey Kompleksinin direktoru Esmira Quliyeva, BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, Nərimanov rayon İH-nin nümayəndəsi G.Yaqubova və digər çıxış edənlər çoxəsrlik Novruz ənənələri, şagirdləri milli-mədəni dəyərlərimizin ruhunda tərbiyə etmək işində belə tədbirlərin əhəmiyyətindən danışıblar.
“Qələbə ətirli Novruz” adlı bayram tədbiri BŞTİ-nin təşəbbüsü ilə reallaşan “Bahar çələngi” layihəsi çərçivəsində keçirilib.
[URIS id=37457]