Bakı məktəbliləri arasında “Zəfər” adlı bilik yarışması keçirilib. Bu haqda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin birgə təşkilatçılığı ilə keçirilən yarışda paytaxtın 105, 110, 127, 302, 303 nömrəli tam orta məktəblərin şagirdləri iştirak ediblər.
Yarışda hər birində 6 iştirakçı olmaqla 5 komandadan ibarət şagirdlər Vətən Müharibəsi, Azərbaycan tarixi, coğrafiyası, ümumi biliklər, eləcə də Bakı Limanının fəaliyyətinə dair sualları cavablandıraraq birincilik uğrunda mübarizə aparıblar.
Bilik yarışının qalibi 110 nömrəli tam orta məktəbin şagirdlərindən ibarət komanda olub. Sonda bütün iştirakçılara Tərifnamə və hədiyyələr təqdim olunub.