Bakıda qarşıdan gələn yaz mövsümü ilə əlaqədar ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilir. Bu haqda BakuPlus.az Report-a istinadən 21 fevral tarixində xəbər verir.
Paytaxt ərazisində əsas magistral yol və prospektlərin kənarlarındakı iynəyarpaq və həmişəyaşıl ağacların üzərinə toplanan toz və torpaq yuyulur, yeni ağaclar, kollar əkilir, onların dibi yumşaldılır, təbii gübrələr verilir.
Bundan əlavə, ağacların qurumuş budaqları budanır, prospekt və küçələrin kənarlarında yeni mövsümi güllər və kollar əkilir, şəhərə yeni gözəllik verilir.
Bu işlər mövsümün sonunadək paytaxtın bütün rayonlarında aparılacaq.