top
Paytaxtda avtomobil üçün qaraj sakinlərin evlərindən bahadır
04 mart 2022, 06:25
- ↺ +

Paytaxtda avtomobil üçün qaraj sakinlərin evlərindən bahadır

Paytaxtda hündürmərtəbəli binalarda avtomobillər üçün qarajlar mənzillərdən bahadır. Bu barədə bu evlərin sakinləri bildirir. Onların sözlərinə görə, belə qarajların sayı da məhduddur, və hər kəsə yer çatmır. İş adamları yaranmış vəziyyətdən istifadə edərək qiymətləri daha da artırır. Bu haqda Xəzər Xəbər reportaj hazırlayıb.

Yeni tikililərdə yaşayan sakinlərin sözlərinə görə, mənzillərin kvadrat metrinin qiyməti 1500 manatdan, qarajın qiyməti isə 2000 manatdan başlayır.

Əmlak eksperti Ramil Osmanlı deyir ki, bir çox evlərdə texniki hesab olunan birinci qat qaraj üçün ayrılıb. Əslində isə qaraj ayrı bir mərtəbədə tikilməlidir və sakinlər ondan istifadə etmək üçün pul ödəməli deyillər: “Tikinti şirkətlərinə 1 mərtəbədən artıq nəzərdə tutulan qaraj sahələrinin layihələndirilməsinə görə güzəştlər olur. Yəni, pul alınmır. Eyni zamanda vergi güzəştləri də nəzərdə tutulur. Bu da ona görədir ki, parklanma, ümumiyyətlə nəqliyyat infrastrukturunun təmin olunması baxımından buna ehtiyac böyükdür. O binalarda qaraj sahələrinin verilməsi mümkündür,  amma binaların bir çoxunda qaraj sahələrinin bir kvadrat metrinin dəyəri bəzi hallarda mənzil dəyərindən yüksək olur”.

Ekspertin fikrinə görə, süni qiymət artımının əsas səbəblərindən biri parkinq yerlərinin az olmasıdır. Belə olan halda sürücülər təklif olunan qiymətlə razılaşmaq məcburiyyətində qalırlar. Lakin, problem bununla bitmir. Bir çox hallarda vətəndaşa pul müqabilində çıxarış və ya digər sənəd verilmir və nəticədə qarajın taleyi sual altında qalır.

Vəkillər Kollegiyasının üzvü Bəylər Məmişov deyir ki, digər daşınmaz əmlak növləri kimi, qaraj sahəsi alınarkən və ya satılarkən vətəndaşa çıxarış verilməlidir. Vəkil onu da bildirib ki, qarajı satan tərəf vətəndaşa müvafiq sənədləri təqdim etməsə, o, qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb oluna bilər.

Son xəbərlər

Xəbər
Bu gün, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Bu gün, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
Dünən, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
Dünən, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
Dünən, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
Dünən, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
Dünən, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
Dünən, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
Dünən, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Dünən, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Dünən, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Dünən, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
02 oktyabr 2026, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
02 oktyabr 2026, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
02 oktyabr 2026, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
02 oktyabr 2026, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
02 oktyabr 2026, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
02 oktyabr 2026, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
02 oktyabr 2026, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
02 oktyabr 2026, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
02 oktyabr 2026, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
02 oktyabr 2026, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
02 oktyabr 2026, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Oxşar xəbərlər