Bakıda Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Yaz Rapsodiyası” adlı rəsm sərgisi keçiriləcək. Bu haqda BakuPlus.az Azərtac-a istinadən bu gün, 2 mart tarixində xəbər verir.
“Huma Art Room” qalereyasında 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgi Martın 4-dən 11-dək ziyarətçilər üçün açıq olacaq.
Sərginin məqsədi 8 mart ərəfəsində Azərbaycan xanım rəssamlarının müasir və yeni baxışlarını nümayiş etdirməkdir.