top
Paytaxtda bu avtomobillərin sayı günü-gündən artır
22 fevral 2022, 07:20
- ↺ +

Paytaxtda bu avtomobillərin sayı günü-gündən artır

Son zamanlar paytaxt ərazisində hibrid avtomobillərin sayında artım müşahidə olunur. Bu artımın nəticəsi olaraq 2022-ci ildən bu tip avtomobillərin bir qisminin alışı zamanı vergi odənişi tələb olunmur. BakuPlus.az sizin üçün kiçik araşdırma aparıb.

Avtomobillərin atmosferə buraxdığı zəhərli maddələr ekologiyanı korlamaqla yanaşı insan orqanizmində bir çox xəstəliklərin ortaya çıxmasına da zəmin yaradır.

Bu səbəbdən Avropa ölkələri, Yaponiya, ABŞ və digər dövlətlər atmosferə zərər verməyən elektromobil və hibrid avtomobillərin istehsalını artırırlar. Qeyd olunan avtomobillər təbiətə vurulan zərəri azaltmaqla yanaşı, sürücülərin də xərcini minimuma endirir.

Müqayisə üçün qeyd edək ki, ənənəvi mühərriklə işləyən 2400 kub santimetr mühərrikli "Toyota RAV4" avtomobili 100 km-ə 10 litr yanacaq sərf etdiyi halda, hibridlə işləyən 2500 kub santimetr mühərrikli "Toyota RAV4" 100 km-ə 4,5 litr yanacaq sərf edir.

Yerli bazarda bir çox dünya brendlərinin hibrid və elektrik mühərrikli avtomobillərini tapmaq mümkündür. Avtomobil satışını həyata keçirən saytlarda 9000 manatdan başlayan qiymətlərlə hibrid avtomobillərini əldə etmək olar.

Hazırda Bakıda satışda olan ən bahalı hibrid mühərrikli avtomobil “Porsche” markasına məxsus “Panamera” modelidir. Onun qiyməti 159.000 ABŞ dollarıdır.

Bundan əlavə, paytaxt salonlarında satışda “Volkswagen”, “Audi”, “Nissan” və “Mercedes” kimi tanınmış markaların da tam elektrik mühərrikli avtomobilləri mövcuddur.

2022-ci il yanvarın 1-dən etibarən istehsal tarixi 3 ildən, mühərrikinin həcmi isə 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışı zamanı 3 il müddətində vergi ödənişi tələb olunmayacaq.

Son xəbərlər

Xəbər
Bu gün, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Bu gün, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
Dünən, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
Dünən, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
Dünən, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
Dünən, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
Dünən, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
Dünən, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
Dünən, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Dünən, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Dünən, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Dünən, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
02 oktyabr 2026, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
02 oktyabr 2026, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
02 oktyabr 2026, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
02 oktyabr 2026, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
02 oktyabr 2026, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
02 oktyabr 2026, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
02 oktyabr 2026, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
02 oktyabr 2026, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
02 oktyabr 2026, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
02 oktyabr 2026, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
02 oktyabr 2026, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Oxşar xəbərlər