Ötən gün Bakıda “Müxtəlif dinlərin maddi-mənəvi irsi və dinlərdə musiqi” adlı konfrans keçirilib. Tədbir Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə elmi-metodiki və ixtisasartırma mərkəzinin təşkilatçılığı ilə Müqəddəs Məryəm Katolik Kilsəsində baş tutub.
Konfransda ölkəmizdə mövcud olan multikultural dəyərlər, konfessiyalararası sıx münasibət, ölkəmizdə qədim tarixə malik tolerantlıq, qarşılıqlı hörmət və anlaşma məsələləri müzakirə olunub.
Tədbirdə mədəniyyət üzrə elmi-metodiki və ixtisasartırma mərkəzinin direktoru Səadət Xələfbəyli, Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının keşişi Jozef Marek, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi hacı Şahin Həsənli və başqaları iştirak ediblər.
Daha sonra Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Dionisiy Sveçnikov, İslam Universitetinin İctimai elmlər kafedrasının müdiri Elvin Talişinski, müstəqil araşdırmaçı-jurnalist, səyyah Ağa Mehdiyev çıxış ediblər.
Tədbirin bədii hissəsində ümumbəşər dini musiqilər səsləndirilib.