Bakıda çörək firmalarından birinin məhsulunun içindən yad cisim çıxıb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 12 may tarixində xəbər verir.
“Çörəkçi” adı ilə satılan məhsulun içərisindən dəmir parçaları - “bolt-qayka” çıxıb.
Bununla bağlı məlumat mediadan götürülərək araşdırılması üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində aidiyyəti üzrə yönləndirilib.
Araşdırmalar aparılacaq və nəticələri ilə bağlı ətraflı məlumat veriləcək.