Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Tədris Mərkəzi ilə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi sığınacaqlarda qalan qadınların peşəyə yiyələnməsi çərçivəsində əməkdaşlığa başlayıb. Bu haqda bu gün, 11 mart tarixində nazirliyinin mətbuat xidməti məlumat verib.
Həmin əməkdaşlıq çərçivəsində Qadın və Uşaq Sığınma evində yaşayan qadınlar üçün dərzilik kursları təşkil olunub. Kurs iştirakçılarına nəzəri biliklərlə yanaşı, praktiki bilik və bacarıqlar Bakı Peşə Tədris Mərkəzinin peşəkar təlimçiləri tərəfindən ötürüləcək.
Kursu bitirənlərə sertifikatlar təqdim olunacaq və onların işlə təmin olunmasına dəstək veriləcək.