top
Paytaxtda yeni binaların tikintisi zamanı normalar pozulur: ekspert bu barədə rəy bildirib
19 fevral 2022, 06:30
- ↺ +

Paytaxtda yeni binaların tikintisi zamanı normalar pozulur: ekspert bu barədə rəy bildirib

Hündürmərtəbəli binalar tikilərkən bir çox normativlər kobud formada pozulur. Belə tikililər əsasən paytaxtın Nərimanov və Xətai rayonlarında üstünlük təşkil edir. Bu haqda Space TV reportaj hazırlayıb.

Binaların ara məsafəsi düzgün hesablanmır, həyətyanı sahələr kiçildilir, yaşıllıq üçün ayrılan ərazilərdə tikinti işləri aparılır və s.

Qanunvericilikdə hündürmərtəbəli binaların inşası zamanı digər bina ilə ara məsafəsi təxminən 15-20 metr nəzərdə tutulur. Nazirlər kabinetinin qərarına əsasən inşa edilən binaların layihələrində tikinti meydançasının yalnız 40%-i yaşayış üçün nəzərdə tutulub. Qalan sahədə isə parklar, dayanacaqlar, uşaq meydançaları və digər xidmətlər olmalıdır.

Paytaxtda isə bəzən bir bina üçün nəzərdə tutulan ərazidə 2 binanın inşası həyata keçirilir.

Əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, şəhərsalma normativlərində binalar arası məsafə binanın hündürlüyü və onun yarısı qədər olmalıdır. Bu həm binaların günəş enerjisi ilə işıqlanmasına, həmçinin hər hansı bir qəza, zəlzələ hadisəsi baş verərsə, bir binanın digər binaya fəsad verməməsi üçün və ara məsəfəsinin qorunması üçün nəzərdə tutulub.

Fərzəliyev həmçinin qeyd edib ki, binaların bir-birinə daha sıx tikilməsinin səbəblərindən biri ondan ibarətdir ki, bu gün paytaxt ərazisində torpaq sahələrinin qiymətləri həddindən artıq bahadır. Və tikintiyə yararlı torpaq sahələrinin sayı məhdud, qiymətləri isə baha olduğundan, tikinti şirkətləri məcburən binaları bir birinə yaxın ərazilərdə tikirlər.

Belə sıx tikintidən həkimlər də narahatdır. Həkim Yeganə Cəfərovanın sözlərinə görə, günəş şüasının birbaşa qarşısı alınır və maneələr törədilir. Bu, birbaşa olaraq D vitamininin orqanizmə sovrulmasına mane olur. Uşaqlarda daha çox rast gəlinən revmatizm kimi xəstəliklər zamanı D vitaminini günəş işığından qəbul etmək çox faydalıdır.

Son xəbərlər

Xəbər
Bu gün, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Bu gün, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
Dünən, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
Dünən, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
Dünən, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
Dünən, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
Dünən, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
Dünən, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
Dünən, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Dünən, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Dünən, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Dünən, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
02 oktyabr 2026, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
02 oktyabr 2026, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
02 oktyabr 2026, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
02 oktyabr 2026, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
02 oktyabr 2026, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
02 oktyabr 2026, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
02 oktyabr 2026, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
02 oktyabr 2026, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
02 oktyabr 2026, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
02 oktyabr 2026, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
02 oktyabr 2026, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Oxşar xəbərlər