22 yanvar saat 19:00-da Pendirsevərlər Günündə “Сыроварня Баку” restoranı və “Novikov Cafe” öz ləzzətli pendirlərini və desertlərini təqdim edəcəklər. Bu haqda BakuPlus xəbər verir.
Nümayəndələr viktorina keçirəcək, və qonaqlar onların restoranını ziyarət etmək üçün kupon qazanmaq və fantastik yeməklərini dadmaq imkanı əldə edəcəklər.
Həmçinin, "Сыроварня" restoranının baş aşpazı Maks Qolovin pendirlər haqqında qısa məlumat verəcək və pendirlərlə bağlı bütün sualları cavablandıracaq.