Noyabrın 5-də “Planet Parni iz Baku” Qarabağ mövzusunda ikinci filmini təqdim edib. Bu haqda Oxu.az xəbər verib.
Vətənpərvərlik mövzusunda çəkilən filmin məqsədi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri və müharibənin faciəvi nəticələrini beynəlxalq ictimaiyyətə çatdırmaqdır. Qarabağ mövzusunda çəkilən “Canım mənim” adlı filmin ssenari müəllifləri Tahir İmanov və Ənvər Mansurovdur. Quruluşçu operator Cəbrayıl Rəfiyev, bəstəkar Tural Məmmədli, prodüsserlər Tahir İmanov və Cabir İmanovdur.
“Canım mənim” adlı filmə link vasitəsilə baxmaq olar.