Qaradağ rayonunda 24-26 dekabr tarixlərində "Yaşıl Sahil" adlı ağacəkmə aksiyası keçiriləcək. Bu haqda 18 dekabrda Sahil İctimai Birliyi məlumat verib.
Aksiya Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 60 illik yubileyi münasibəti ilə Şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədi ilə təşkil olunur. Aksiya zamanı "Sahil Parkı"-nda müxtəlif növ ağac əkiləcək.
Aksiyada müxtəlif növ ağac, ağac üçün taxta dayaq, suvarma sistemlərinin çəkilməsi və.s işlərdə dəstək olmaq istəyən insanlar təkliflərini Sahil İctimai Birliyinə bildirə bilərlər. Həmçinin hər kəs Sahil qəsəbəsində quraşdırılmış ianə qutularına və ya bank kartı hesabına (Rabitə Bank Kartı Hesabı:4189 8000 8060 3051) öz ianələrini edə bilərlər.
Aksiya Sahil qəsəbəsi, Dənizkənarı parkında saat 09:00-da start götürəcək. Əlavə məlumat almaq istəyənlər +994 70 203 60 02, +994 50 446 02 56 nömrələri ilə əlaqə saxlaya bilərlər.