Bakı məktəbinin şagirdləri xaricdə keçirilən gənc istedadların müsabiqəsində uğur qazanıblar. Bu haqda 9 fevral tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi məlumat verib.
Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin şagirdləri Qazaxıstanda keçirilən və Frans İosif Haydenin 290 illiyinə həsr olunmuş "Fantasia" I Beynəlxalq Klassik Musiqi Müsabiqəsində yüksək yer tutublar.
Məktəbin III sinif şagirdləri Sara Teyyublu və İbrahim Əhmədov müsabiqədə M.Mierin "Bookcin Boogie" əsərini ifa ediblər. Nəticədə onlar "İnstrumental" nominasiyası üzrə 8-10 yaş kateqoriyasında “laureat” adını qazanaraq II yerə layiq görülüblər.
Bundan əlavə, ifaçıların müəllimi Raminə Ağayeva şagirdlərin inkişaflarına verdiyi böyük töhfəyə görə “Təşəkkürnamə” ilə təltif edilib.