Bakıda ictimai nəqliyyatda hər kəsin gözü önündə qeyri-etik hərəkət edən şəxs saxlanılıb. Bu haqda APA bu gün, 25 fevral tarixində xəbər verib.
Hadisəni törətməkdə şübhəli bilinən 52 yaşlı Müşfiq Əzizov Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi tərəfindən keçirilən araşdırmalar nəticəsində saxlanılıb.
Məhkəmənin qərarı ilə Müşfiq Əzizov 1 ay müddətinə inzibati həbs olunub.
Hadisə 25 yanvar tarixində Badamdar qəsəbəsi ərazisində, 31 nömrəli sərnişin avtobusunda baş vermişdir. Orta yaşlı kişi avtobusda sərnişinlərin gözü qarşısında qeyri-etik hərəkətlər edib. Bu isə digər sərnişinlər tərəfindən çəkilərək sosial şəbəkələrdə yayılmışdır.