Martın 19-dan 27-nə kimi İçərişəhər ərazisində və Qala Qoruğunda bayram tədbirləri təşkil olunacaq. Bu haqda Bakuplus.az bu gün, 19 mart tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə istinadən məlumat verir.
Tədbir çərçivəsində qonaqları ustad dərsləri, qədim incəsənət üzrə müxtəlif təlimlər gözləyir. Böyüklər və uşaqlar üçün sabun istehsalı, suvenirlərin hazırlanması və rəsm, uşaqlar üçün face-art üzrə dərslər, həmçinin İçərişəhərdəki restoranlarda və kafelərdə kulinariya üzrə ustad dərsləri keçiriləcək. Bakı sakinləri sevimli milli yeməklərini bişirmək, təndirə çörək yapılmaq və qəhvə hazırlamaq kimi maraqlı fəaliyyətlərdə iştirak edə biləcəklər.
Qoşa Qala meydanının mərkəzi hissəsindəki səhnədə keçiriləcək musiqili və əyləncəli tədbirlər qonaqları sevindirəcək.
İlk günün proqramını İnstagram linkinə daxil olaraq izləmək mümkündür.