Bakıda velosiped yolu zəbt olunub. Bu haqda bu gün, 17 fevral tarixində Patrul.az xəbər verib.
Sakinlərin sözlərinə görə, Səbail rayonu, Üzeyir Həcibəyli küçəsində yerləşən “Günay bank”ın qarşısında velosiped yolunun bir hissəsi bank əməkdaşları tərəfindən zəbt olunub. İşçilərə məxsus 77-PX-297 və 99-AA-448 Dövlət nömrə nişanlı avtomobillər hər gün velosiped zolağında parklanırlar.
Bu səbəbdən yol keçilməz olur və nəticədə velosiped sürənlər məcbur olaraq ya avtomobil yolundan, ya da piyada zolağından istifadə edirlər. Bu isə onlar üçün təhlükə mənbəyinə çevrilir.