Bakının 2 rayonunda qaz xəttinə qanunsuz müdaxilə faktları aşkarlanıb.
Report-a istinadən Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində və Sabunçu rayonu, Maştağa qəsəbəsində sakinlər qaz xəttinə sayğacdan kənar müdaxilə ediblər.
Faktlarla bağlı Birlik tərəfindən dərhal tədbirlər görülməklə, növbəti dəfə qanunsuz qoşulma ləğv edilib.
“Azəriqaz” İB bir daha xəbərdarlıq edir ki, vətəndaşlar bu cür hərəkətlərdən çəkinməlidirlər. Belə vəziyyətlərdə cüzi qaz sızması ciddi təhlükə yarada bilər.