Paytaxtın Səbail rayonunda bomba həyəcanı yalan çıxdı. Bu haqda bu gün, 28 yanvar tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən məlumat verir.
28 yaşlı Bakı şəhər sakini FHN-nin qaynar xəttinə zəng edərək Səbail rayon İcra Hakimiyyətinin qarşısına bomba qoyulduğunu bildirib.
Bunu bəyan edən şəxs saxlanılandan sonra, onun ruhi xəstə olduğu məlum olub və psixiatriya xəstəxanasına yerləşdirilib.