Bakıda “Rəqəmsal Marketinq” üzrə ödənişsiz qısamüddətli təlimlər keçiriləcək. Bu haqda Peşə Təhsili üzrə Dövlət Agentliyi xəbər verib.
Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil Mərkəzində “Rəqəmsal Marketinq” istiqaməti üzrə qısamüddətli (1 ay) təlimlər təşkil olunacaq. Təlimlərdə əldə edilən biliklər təcrübədə tətbiq ediləcək.
Təlimlər bir neçə mövzüları əhatə edəcək:
- rəqəmsal marketinq
- effektiv reklamın verilməsi
- media planın hazırlanması
- son dövrlərin marketinq texnologiyaları
- rəqəmsal məhsulun yaradılması
- banner və video reklamlar
- axtarış sistemlərində ödənişli reklam və SEO
- veb-analitika
- sadə saytın qurulması
- elektron kommersiya
Seçim mərhələsində bu şəxslərə əsas üstünlük veriləcək:
- Ali və ya orta ixtisas təhsili
- İngilis və ya rus dilini ən azı texniki tapşırıqları həll edə biləcək səviyyədə bilmək
- Kompüterdən ümumi istifadə bacarığı. Proqramlaşdırmaya dair baza biliklərinin olması əlavə üstünlükdür
Ödənişsiz təlimdə iştirak etmək üçün
linkə daxil olub 10 yanvar 2022-ci ilə kimi qeydiyyatdan keçmək lazımdır. Təlimin sonunda dövlət nümunəli sertifikat veriləcək.