20 noyabr tarixində paytaxtda Bakı Drift Kuboku turniri keçiriləcək.
Turnir Azərbaycan Avtomobil Federasiyası və Beynəlxalq Avtomobil Federasiyasının (FIA) təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Su İdmanı Sarayının dəstəyi ilə baş tutacaq.
İştirakçıların qeydiyyatı 13 noyabr 2021-ci il tarixinədək aparılacaq.
Drift idman növü üçün nəzərdə tutulmuş idman avtomobili olan şəxslər, yarışlarda iştirak etmək üçün info@faa.az email ünvanı vasitəsilə və +994 50 295 01 00 nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər.
Yarışlar Su İdmanı Sarayının ərazisində keçiriləcəkdir.
Drift yarışlarının keçirilməsində əsas məqsəd, avtomobil idmanının inkişaf etdirilməsi, bu sahəyə olan marağın artırılması və ölkəmizi beynəlxalq yarışlarda təmsil edə biləcək yerli idmançıların və mütəxəssislərin müəyyən edilməsidir.