Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi bir qrup sağlamlıq imkanları məhdud uşaqlar üçün Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edib. Bu haqda bu gün, 7 may tarixində Trend məlumat verib.
Tədbir Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunub.
Uşaqlar ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video-fotoarxiv, sənədlər və müxtəlif eksponatlarla tanış olublar.
Ekskursiya çərçivəsində uşaqlar Mərkəzdə Azərbaycanın qədim tarixini və mədəniyyətini əks etdirən sərgi ilə tanış olublar.
[URIS id=43563]