Bakının “Savalan” dequstasiya mərkəzində 23 fevral, saat 19:00-da əyləncəli “Eno-quiz” intellektual oyunu kəçiriləcək. Bu haqda bu gün, 19 fevral tarixində Bakuplus.az məlumat verir.
Oyun “Fuzzy Quiz Game” qrupu tərəfindən təşkil olunur.
İştirakçıları bilik və məntiqi təfəkkür, xoş ünsiyyət, komanda oyunu, qəlyanaltılar və şərablarla bağlı maraqlı suallar gözləyir. Qaliblər medal və hədiyyələrlə təltif olunacaq.
İştirak ödənişlidir, bir nəfər üçün qiymət 35 manatdır.
Məlumat və rezervasiya üçün əlaqə nömrəsi: 0513205758.
Giriş yalnız COVID-19 pasportu və ya immunitet setifikatı ilə mümkün olacaq.