Paytaxtın mərkəzində maraqlı aksiya təşkil olunur. Bu haqda bu gün, 14 fevral tarixində Bakuplus.az Nərgiz Fonduna istinadən xəbər verir.
Rəşad Ələkbərov tərəfindən dəmir konstruksiyalardan düzəldilmiş “Love” instalyasiyası “Natavan” heykəlinin önündə quraşdırılıb.
Bu gündən etibarən “Hard Rock” kafesindən təmənnasız qıfıl götürüb, instalyasiyanın üzərinə asaraq, sevginizi əbədiləşdirə bilərsiniz.