Şəhid ailələri və müharibə əlillərinə daha 100 mənzil verilib. Bu haqda 18 mart tarixində Report məlumat verib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən martın 18-də Bakı şəhəri və Abşeron rayonundakı yaşayış komplekslərindən daha 100 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin əvvəlindən 200, postmüharibə dövründə 3200, ümumilikdə ötən dövrdə 12.500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib. Həmçinin 2021-ci ildə 164 nəfər müharibə əlilinə avtomobillər təqdim olunmuşdur.