İstedadlı şagirdlər üçün keçirilən imtahanların nəticələri açıqlanıb. Bu haqda 8 fevral tarixində Təhsil Nazirliyi məlumat verib.
Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında keçirilən imtahanların nəticələri açıqlanıb.
Namizədlərdən yalnız biri, Bakı şəhəri 24 nömrəli tam orta məktəbin III sinif şagirdi Duyğu Abbaslı imtahandan uğurla keçib. O, IV sinfin II yarımilindən təhsilini davam etdirəcək.
Eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları” əsasında keçirilib.