Paytaxtın Suraxanı rayonu, Bahar qəsəbəsi adlanan yaşayış massivində kanalizasiya sisteminin olmaması bir sıra problemlər yaradır. Bu haqda bu gün, 15 fevral tarixində Bakuplus.az Real TV-yə istinadən xəbər verir.
Massivin bir hissəsi tam təmir olunub, ancaq digər hissəsində kanalizasiya sistemi yoxdur, bu səbəbdən asfalt da vurulmur. Yağış yağanda isə Təcili Yardım belə əraziyə gələ bilmir.
Bundan əlavə, massivin ərazisində bağça və məktəb də yoxdur. Sakinlər uşaqları ilə yaxınlıqda yerləşən Dədə Qorqud massivindəki təhsil müəssisələrinə üz tuturlar.
Zığ qəsəbəsinin tərkibində olan yaşayış massivi barəsində eyniadlı qəsəbənin nümayəndəsi Seyid Seyidov açıqlamasında, Suraxanı rayonunda işlərin mərhələli şəkildə icra olunduğunu, Dövlət proqramına əsasən bu il işlərin davam etdirələcəyini bildirib.
Həmçinin, bu ərazidə yeni təhsil ocaqlarının inşası da nəzərdə tutulub və əlaqədər təşkilatlara müraciət ünvanlanıb.
[caption id="attachment_33599" align="alignnone" width="800"]
Foto RealTV[/caption]