Suraxanı rayonunda Vətən müharibəsi şəhidinin xatirəsinə kikboksinq üzrə turnir təşkil olunacaq. Bu haqda 12 mart tarixində Bakuplus.az Suraxanı Rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Sərhədçi İdman Kompleksində martın 13-də saat 09:00-da şəhid Asiman Əliyevin xatirəsinə həsr olunmuş kikboksinq üzrə xatirə turniri keçiriləcək.
Asiman Əliyev Vətən müharibəsində Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və noyabrın 7-də Xocavənd döyüşləri zamanı şəhid olub. O, II Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.