Bu gün Bakıda “Xocalıya Ədalət” layihəsi çərçivəsində 8 gün düşmən əsirliyində qalmış Dürdanə Ağayeva ilə görüş keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 24 fevral tarixində xəbər verir.
Suraxanı Gənclər Evi tərəfindən təşkil edilən görüşdə mənfur düşmənlər tərəfindən 8 gün əsir saxlanmış, Xocalı dəhşətinin canlı şahidi Dürdanə Ağayeva ilə görüş baş tutacaq.
Görüş onlayn formatda ZOOM platformasında saat 20:00-da baş tutacaq.
Tədbirdə iştirak etmək üçün Suraxanı Gənclər Evinin İnstagram səhifəsindəki paylaşımın rəy bölməsində “+” yazmaq kifayətdir.