Bakının Suraxanı rayonunda genişmiqyaslı təmizlik işləri aparılır. Bu haqda Suraxanı Rayon İcra Hakimiyyətinin mətbuat xidməti bu gün, 31 yanvar tarixində məlumat yayıb.
Küçələrdə səkilər, bordürlər və işıq dirəkləri yuyulur, qurumuş ağacların budaqları kəsilir, quru otlar təmizlənir, müxtəlif məişət, polietilen və digər tullantılar ərazidən kənarlaşdırılır.
Daha öncə, 26 yanvar tarixində rayonun digər hissəsində də iməclik keçirilib.
[caption id="attachment_31672" align="alignnone" width="968"]
Foto Suraxanı Rayon İcra Hakimiyyətinin Facebook səhifəsi[/caption]