Paytaxtın Suraxanı rayonunda şəhid övladına ad günü şənliyi təşkil olunub. Bu haqda bu gün, 11 yanvar tarixində Suraxanı rayon İcra Hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.
Şəhid Qardaşxan Əhmədlinin qızı Nişanənin 1 yaşı tamam olub. Bununla əlaqədar keçirilən şənlikdə RİH-nin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, eləcə də Şəhid ailələri iştirak ediblər.
“Allahdan bütün Şəhidlərimizə rəhmət, doğmalarına isə səbr diləyirik”, - deyə qurum əlavə edib.
[URIS id=29229]