Paytaxtın Suraxanı rayonunda içməli sudan qanunsuz istifadə halları aşkarlanıb. Bu haqda bu gün, 16 mart tarixində Bakuplus.az “Azərsu” ASC-yə istinadən xəbər verir.
Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsində yerləşən “Fiday” təhsil mərkəzi kanalizasiya sisteminə müqavilə bağlamadan qoşulub. Dədə Qorqud qəsəbəsi yaxınlığında yerləşən əkin ərazisinin isə sayğacdankənar xətlər çəkilərək suvarıldığı məlum olub.
Bundan əlavə, Hövsan, Suraxanı və Zığ qəsəbələrində, eləcə də rayonun digər ərazilərində yerləşən fərdi yaşayış evlərində və metal qəbulu məntəqəsində içməli sudan qanunsuz istifadə olunduğu aşkarlanıb.
Bütün qanunazid hallar aradan qaldırılıb, vətəndaşlar ilə profilaktik söhbətlər aparılıb.
Cari il ərzində Suraxanı rayonunda 26 qeyri-qanuni istifadə faktının aşkarlanması nəticəsində 6 min kubmetr sərfiyyat bərpa olunub.
[URIS id=37285]