Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində abadlıq işləri aparılır. Bu haqda bu gün, 19 fevral tarixində Bakuplus.az Suraxanı rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Yeni Günəşli “V” yaşayış sahəsi 13,14,14A, 15,16,17,18 saylı binalarda fasadlar, giriş hissələri əsaslı şəkildə bərpa olunur, dam örtükləri dəyişdirilir.
Daha sonra səkilərin salınması, söhbətgahların, uşaq və idman meydançasının, eləcə də oturacaqların quraşdırılması planlaşdırılır.
Rayon İcra Hakimiyyətinin başçısı ərazidə aparılan abadlıq işlərinin mövcud vəziyyəti ilə maraqlanmış, aidiyyəti üzrə müvafiq tapşırıqlar vermişdir.
[URIS id=34219]