Paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsi döngə 2 ünvanında abadlıq işləri aparılır. Bu haqda bu gün, 7 yanvar tarixində Suraxanı rayon İcra Hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.
Hazırda, ümumilikdə 3100 kv.m sahəyə asfalt örtüyü salınır. Daha sonra yol nişanlarının quraşdırılması nəzərdə tutulub.
Rayon ərazisində qəsəbələrarası və məhəllədaxili küçələrdə təmir-tikinti işləri davam etdirilir.